Yorucu günü unudun, kompleksimizdən ayrılmadan özünüzə daha bir istirahət vaxtı ayırın, SPA salonumuza baş çəkin. Sakit musiqi səsləri, ekzotik efir yağlarının yüksələn aromaları, titrəyən şamlar və möhtəşəm gözəllik, sağlık ritualları sizi günün səs-küyündən uzaqlaşdıracaq, sizə əsrarəngiz rahatlıq bəxş edəcək. Güc və enerji balansını doldurun, komfort, rahatlaşma və ləzzət atmosferinə dalın.