Astara Azərbaycanın ən gözəl istirahət bölgələrindən biridir. Gözəl təbiəti ilə Astara ölkəyə gələn xarici və yerli turistlərin ən çox maraq göstərib səfər etdiyi istiqamətlərdən biri sayılır.
Məhz bunu nəzərə alaraq Astarada, dəniz sahilində salınan “Astalanya City” həm sizin üçün istirahət məkanı, həm də gəlirli əmlak təklif edir.
Hotel konseptində tikilmiş kotteclər təmirli və mebellə təmin olunmuş şəkildə təqdim olunur.
Kottecləri 3 illik hissəli ödənişlə əldə edə bilərsiniz. Aylıq ödəniş 300 AZN icarə haqqı çıxdıqdan sonra 287 AZN təşkil edir.
İstirahət insan sağlamlığı üçün ən vacib şərtlərdən biridir, odur ki, “Astalanya City” qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaradıb. Təxminən 1 km-ə yaxın uzunluğu olan ərazidə restoranlar, çay evi, müxtəlif əyləncə məkanı, SPA salonu, uşaq meydançası, bir sözlə, istirahətiniz üçün lazım olan hər şey var.
“Astalanya City” mükəmməl istirahət üçün gərəkli olan hər şəraitə malikdir: müasir infrastruktur, məftunedici dəniz mənzərəsinə malik rahat otaqlar, doyulmaz hava. Buranı seçməklə siz yaddaşınızdan heç zaman silinməyəcək istirahətin dadını çıxara bilərsiniz.